Əsas Səhifə > Güney Press > Hansı bank nə qədər biznes krediti verib?

Hansı bank nə qədər biznes krediti verib?


5-08-2024, 11:25
Hansı bank nə qədər biznes krediti verib?
Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda banklar tərəfindən 13 milyard 875 milyon manat biznes kreditləri verilib.
Yeniavaz.com xəbər verir ki, ən çox biznes krediti verən bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.
ABB 2 milyard 862,5 milyon manat biznes krediti verib və bu göstərici son 3 ayda 8,5% artıb.
Ən az biznes krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 0,4 milyon manat biznes krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda biznes kreditlərini ən çox artıran bank “Azər-Türk-Bank” olub. Bu bankın biznes kreditləri son 3 ayda 18% artıb.
Biznes kreditləri ən çox azalan bank isə “AFB Bank” olub. Bu bankın biznes kreditləri son 3 ayda 7,8% azalıb.
Azərbaycanda fəaliyyət göstərən bank tərəfindən verilən biznes kreditlər aşağıdakı kimi olub:

Hansı bank nə qədər biznes krediti verib?

Geri qayıt