Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Hom Paş Prestij” MTK işi yenə məhkəmədə...

“Hom Paş Prestij” MTK işi yenə məhkəmədə...


5-08-2024, 09:29
“Hom Paş Prestij” MTK işi yenə məhkəmədə...
Heydərov Elçin Həsən oğlu Ali Məhkəməyə kassasiya şikayət verərək “Hom Paş Prestij” MTK barəsində iddia qaldırıb. Tribunainfo.az məlumat verir ki, alqı-satqı üzrə mübahisə Ali Məhkəməyə qədər uzanıb. İşə hakim İspəndiyar Şəfiyev sədrlik edib. Qeyd edək ki, bu şirkət qalmaqallarla ad çıxarıb. Bu iş üzrə digər cavabdeh tərəf “İnter” MMC-dir. 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlayıb.
Həmin yaşayış binası “Xətai” metrosu ilə üzbəüz yerləşir. MTK-dan mənzil alanlar nə evlərinə köçə bilirlər, nə də siyahıyaalınma prosesi tam müəyyənləşib. Çünki audit yoxlaması ilə bağlı evlərin siyahısı düzgün aparılmalıdır.
İlk növbədə isə şirkətin sahibi Hikmət Yiğitdöl və şəriki Qabil Əliyev arasında konflikt var, iş məhkəməyə qədər gedib çıxıb. Sonra türk iş adamı həbs edilib.
Qabil Əliyevin özünü cəzasızlıq mühitində hiss etməsinə səbəb isə oğlu Mirkamalın baş nazir Əli Əsədovun oğlu ilə dostluq etməsidir. Milli Məclis Aparatında çalışan Mirkamal atasının bəzi deputatlarla əlaqəsinin qurulmasına və sonradan onların dəstəyinə də nail olur.
Vaxtilə Azərbaycanda çalışan Türkiyə vətəndaşı Hikmət Yiğitdöl bir zamanlar ortaq olduğu Qabil Əliyev tərəfindən aldadıldığını bildirmişdi.

Geri qayıt