Əsas Səhifə > Güney Press > Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu

Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu


4-08-2024, 14:34
Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu
Azərbaycanda sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkiləri keçiriləcək.

Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.

XALQ.AZ xəbər verir ki, Vətən müharibəsi qəhramanı Rəşad Aslanov 61 saylı Qusar seçki dairəsindən namizədliyi qeydə alınıb.

Məlumata əsasən Rəşad Aslanov Qusarda doğulub. Bakı Ali Hərbi Məktəb qırmızı diplomla bitirib.

Polkovnik rütbəsi daşıyan Rəşad Aslanov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin komandiri olub. O,“Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları təltif olunub.


Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu
Geri qayıt