Əsas Səhifə > Güney Press, Üst manşet > Göyçayın başçısı nə dərd dinləyir, nə də ki...
Göyçayın başçısı nə dərd dinləyir, nə də ki...27-07-2024, 09:12 |
Göyçay rayonu, Ərəbcəbirli kənd sakini Xasıyev Sadəddin Nizam oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçi saytımız vasitəsilə rəsmi qurumlara müraciət edib: "Yazaraq bildirirəm ki, üzləşdiyimiz problemin aradan qalıdırılması üçün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevə dəfələrlə müraciət etsək də, heç bir tədbir görmək istəmir. Hətta bir dəfə icra başçısı ərazidə olub, baxış keçirib, yaranmış acınacaqlı mənzərəni gözləri ilə görüb. Lakin vətəndaşların həyətinin su içində qalmasına göz yumur. Belə ki, bizim yaşadığımız küçənin yoluna bir neçə il bundan əvvəl yəhudilər öz vəsaitləri hesabına asfalt çəkdirdilər. Çünki bizim küçənin sonunda yəhudi qəbiristanlığı var. Bundan az sonra su çəkilməsi adı ilə Su-Kanal İdarəsi orada qazıntı ilşəri aparıb, yolu tamamilə dağıdıb, bərbad vəziyyətə saldılar. Həmçinin, yaxınlıqda olan dərəyə görə yağan yağışın suları mənim və qonşuların həyətinə dolur, küçə tamamilə palçığa bürünür. Bununla bağlı dəfələrlə icra başçısı Natiq Ağayevin qəbulunda olmuşuq, müraciətlər etmişik. Hər dəfə problemin həll ediləcəyinə söz versə də, heç bir tədbir görməyib. Kənd icra nümayəndliyi və bələdiyyəsi isə vəsaitlərinin olmadığını bildirirlər. Hazırda yağan yağışlar mənim, qonşuların həyətinə və evlərin altına dolub. Evimizin uçma təhlükəsi ilə üz-üzə qalmışıq. Həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Bizim kənddə əvvəllər yəhudilər yaşayıblar, orada onların qəbiristanlıqları var. Ancaq uzun illərdir yəhudilər Göyçayda yaşmırlar. Buna baxmayaraq, onlar bir neçə il əvvəl Göyçaya gəlib, qəbirstanlıqlarının yoluna asfalt çəkdirdilər. Bizim vəzifəli məmurlarımız isə həmin yolu dağıdıb, pis günə qoyublar. Azərbaycan tolerant ölkə olsa da, Göyçayda vəzifəli şəxslər buna əməl etmirlər. Mən Prezident İlham Əliyevdən xahiş edirəm, şikayətimi yerində araşdırıb, təcili tədbirlər görülməsinə tapşırıq versin". Geri qayıt |