Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR!

Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR!


27-07-2024, 09:05
Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR!
Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 % artaraq 265,7 milyon manat olub.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 60,7 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 %-i ictimai iaşə xidmətlərindən, 3,3 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 21,1 % səviyyəsində olub (ötən ilin yanvar-iyun aylarında 16,6 %). Bu göstərici Şabranda 49,1 %, Naftalanda 39,1 %, Bakıda 37,3 %, Qusarda 28 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Maraqlıdır, otellərdən istifadə edənlər sayı artıb, yoxsa qiymətləri artıb?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, otellərdən istifadə qaydası daha əlçatan olub:

“Ölkəmizdə bir çox sektorlarda aşağı rəqabət mühüti var. Lakin otel sahəsində son illər ciddi rəqabət mühiti formalaşıb. Belə ki, son illər paytaxtımızda günü 20-30 manata, bəzən isə 15 manata 12 saatlıq otellər təklif edilir. Bu otellərdə yalnız bir nəfərin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək kifayətdir. Üstəlik nikah kağızı tələb olmadığından daha çox cütlüklər istifadə edir. O baxımdan otellərin gəlirləri arta bilər”.

O qeyd edib ki, 5 ulduzlu otellərdə qiymətlər artıb:

“Paytaxtımızda məşhur 5 ulduz otellərdə qiymətlər hər il yay mövsümündə artır. Belə ki, ən ucuz otaq nömrəsi 200-300 manat arası təklif edilir.

Hətta elə otaqlar var ki, gecəsi 5000 manatdan bahadır. O otellərdən istifadə edənlərin sayı artdıqca, otellərin gəliri artmış olur”.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, otellərdə qiymətlər xeyli artıb:

“Əvvəlki illərlə müqayisədə otellərdə qiymətlər 35 faizə qədər artıb. Hesab edirəm ki, otellərin qiyməti artdığına görə gəlirləridə artıb. Çünki otellərdə doluluğ səviyyəsi artmayıb. Yəni qonaq sayında ciddi artım baş verməyib. Yalnız qiymətləri 30-35 faiz qalxdığına görə otellərin gəlirləri 27 faizə qədər artıb”.

Geri qayıt