Əsas Səhifə > Güney Press > Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb


16-07-2024, 09:36
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
İyulun 15-də ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Dia-az.İnfo-ya DİN-dən xəbər verilib.
Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Geri qayıt