Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..

Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..


16-07-2024, 08:50
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..
Azərbaycan ordusunun 2023-cü ilin sentyabrındakı lokal əməliyyatları nəticəsində ərazidəki separatçı-terrorçu rejim ləğv edildikdən sonra Yuxarı Qarabağda(yəqin ki, Xankəndində) qalmış və 2017-ci ildə qanunsuz “Artsakhenergo” PB şirkətinə məxsus olmuş “Lexus LX 570” markalı avtomobil şirkətin direktoru Artyom Harutyunyi Kyuregyan tərəfindən İrəvanda 45 faizlik sahibi və direktoru Arsen Mikayeli Seyranyan olan “GM Holding” ASC-yə hədiyyə edilib.

Moderator.az
xəbər verir ki, bu haqda “Haykakan Jamanak” məlumat yayıb.

Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..

Məlumatda qeyd edilir ki, hazırda “333 OD 33” dövlət(?) nömrə nişanlı olan sözügedən avtomobilin bazar dəyəri 90-100 min dollardır.

“Ancaq daha diqqətçəkən odur ki, dəyəri təxminən 100 min dollar olan avtomobil “xoşbəxt təsadüf” nəticəsində yalnız İrəvanda 10 daşınmaz əmlaka sahib olan şəxsə (Arsen Mikayeli Seyranyan) hədiyyə edilib... Bu arada Qarabağdan didərgin düşmüş sadə vətəndaşların hələ də mənzil problemi var və onların ehtiyaclarını Ermənistan hökuməti dövlət büdcəsi hesabına qarşılayır”,- xəbərdə belə deyilir.

P.S. Azərbaycan burada da separatçılara qarşı humanistlik göstərib. Əslində o rejimə məxsus olmuş bütün vəsait və mal-mülk Ermənistanın ölkəmizə son 36 ildə vurduğu zərərin əvəzi kimi dövlətimiz tərəfindən dərhal müsadirə olunmalıydı...

Geri qayıt