Əsas Səhifə > Güney Press > MİDA bu işlərə 5,6 milyon manat xərcləyəcək

MİDA bu işlərə 5,6 milyon manat xərcləyəcək


16-07-2024, 08:40
MİDA bu işlərə 5,6 milyon manat xərcləyəcək
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi rayonunda inşa olunan yaşayış kompleksi üzrə tikinti işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, yaşayış kompleksində sahəxarici və sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinə başlanılır.

MİDA sözügedən işlərin 5,6 milyon manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, Binəqədi Yaşayış Kompleksi Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşir. 9 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksi 28 binadan ibarətdir. Ümumilikdə 1398 sosial mənzil satışa çıxarılacaq.

Geri qayıt