Əsas Səhifə > Güney Press > ”Nə olacaqsa, bir neçə gün sonra biləcəyik”

”Nə olacaqsa, bir neçə gün sonra biləcəyik”


16-07-2024, 08:16
”Nə olacaqsa, bir neçə gün sonra biləcəyik”
1 sentyabr-parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr davam edir.

Qeyd edək ki, Milli Məclisin hazırki üzvlərinin bir çoxunun yeni namizədlər siyahısında olamayacğı bildirilir.

Məlumata görə 3 dəfədən artıq deputat seçilən şəxslər birmənalı olaraq, namizəd olmayacaq.

Həmin şəxslərdən biri də Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Eldar İbrahimovdur.

Gununsesi.info-nun əməkdaşı ilə söhbətində Eldar İbrahimov deputatlığa namizəd olmayacağı barədə xəbərə belə reaksiya verib:

“Mən bu barədə geniş müsahibə vermək niyyətində deyiləm. Bir neçə gün sonra YAP namizədlərini açıqlayacaq. Nə olacaqsa, o zaman bunu biləcəyik. Əlavə şərhim yoxdur”.

Geri qayıt