Əsas Səhifə > Güney Press > Milyonların tanrı inancı batil inanc kimi bir şeydir!

Milyonların tanrı inancı batil inanc kimi bir şeydir!


16-07-2024, 07:43
Milyonların tanrı inancı batil inanc kimi bir şeydir!
Tanrıya varlığın səbəbi kimi inanmaq, onu araşdırmaq və ağılla dərk etmək deməkdir. İstənilən intellektual proses uğurla başa çatırsa, emosional çılğınlıqla qeyd olunur. Tənliyi beyin gücüyə həll edərkən sevindiyimiz kimi.
Varlığın səbəbi kimi götürülmüş tanrını hisslər və duyğular vasitəsilə dərk etmək mümkün deyil. Hisslər və duyğularla ona ancaq inanmaq olar.
Universitet bilikləriylə boy atıb müxtəlif səbəblərdən dinə gələn təfsirçilər milyonların tanrı inancını elə şərh edirlər ki, sanki, milyonlar varlığın səbəbiylə maraqlandıqları üçün tanrı inancına gəlib çıxıblar.
Halbuki milyonlar tanrıya çox bəsit faydalarına görə inanırlar: Tanrı milyonlar üçün oğul evləndirib, qız köçürərkən, uzaq yola çıxarkən, təyyarədə turbulansa düşərkən, nə bilim, alver zəif gedərkən əl yetirən mistik bir köməkçidir. Varlığın səbəbi kimi dərk olunmuş tanrı, məsələn, qarpız sezonunda heç bir işə yaramaz.
Milyonların tanrı inancı batil inanc kimi bir şeydir!
Azərbaycanın bu başından gir, o başından çıx, soruş gör tanrıya inanan neçə adam dilimizdə "varlıq" deyə bir kəlmənin olduğunu biləcək ki, hələ bir onun səbəbiylə də maraqlansın.

Aqşin YENİSEY - Dia-az.İnfo

Geri qayıt