Əsas Səhifə > Güney Press, Üst manşet > Dəmir Yolları İdarəsi insanların həyatı ilə oynayır

Dəmir Yolları İdarəsi insanların həyatı ilə oynayır


16-07-2024, 06:25
Dəmir Yolları İdarəsi insanların həyatı ilə oynayır

Azərbaycan Dövlət Dəmir Yolları İdarəsi (ADDYİ) insanların həyatı ilə oynayır. Tribunainfo.az xəbər verir ki, idarəyə məxsus dəmiryol xəttinin Küddəxanı sahəsində hər an faciə baş verə bilər.
Həmin ərazidə yaşayan rəssam və ADMİU-nin müəllimi Bayram Qasımxanlı bununla bağlı foto paylaşıb. O bildirib ki, dəmiryolunun Kürdəxanı sahəsində iki elektrik dirəyi torpaq çökməsi nəticəsində havadan asılı qalıb. “Beton elektrik dirəklərini saxlayan torpaq, çökdüyü üçün dirəklər havadan asılı qalıb. Onları yalnız naqillər qoruyur”.
Sözügedən şəxs yazıb ki, dəfələrlə bununla bağlı ADDYİ-yə müraciət etsələr də, nəticə yoxdur. “Bu barədə Dəmir Yolları İdarəsinə yazılı məlumat vermişik. Amma gəlib, baxan yoxdur”.
Sakinlər Tribunainfo.az-a bildiriblər ki, əgər həmin dirəklə aşarsa, bu təkcə dəmiryolu ilə hərəkət edən qatarların işini əngəlləməyəcək, həm də faciəyə səbbəb olacaq. “Ərazidə evlər var. İnsanlar yaşayır. Dirəklər aşarsa, ətrafa çəkilmiş məftil hasarlar elektrik almış olacaq ki, bu da ehtiyatsızlıqdan faciələrə səbəb ola bilər. Çünki hər gün oradan yüzlərlə insan hərəkət edir”.
ADDYİ rəsmiləri isə məsələyə münasibət bildirmək bir kənara, mümkün faciənin qarşısını almaqda da səhlənkarlıq edirlər.

Dəmir Yolları İdarəsi insanların həyatı ilə oynayır
Geri qayıt