Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Cəlilabadın Maşlıq kənd məktəbi uçur

Cəlilabadın Maşlıq kənd məktəbi uçur


16-07-2024, 06:05
Cəlilabadın Maşlıq kənd məktəbi uçur
Cəlilabad rayonu, Maşlıq kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Bu haqda Moderator.az-a kənd sakinləri məlumat verib:

“Kəndin məktəbi qəzalı vəziyyətdədir. Tavan da, döşəmə də yararsız hala düşüb. Hər an uçma təhlükəsi ilə üz-üzədir. İçərisində məktəbi ayaqda saxlayan dəmir dirəklər qoyulub. Onlar olmasaydı bəlkə də çoxdan uçmuşdu. Əksər valideynlər uşaqlarını başqa kənd məktəbinə göndərir. Çünki qorxurlar ki, məktəb uçar, uşaqlar tikilinin altında qalar. Məsələ bir neçə dəfə işıqlandırılsa da, aidiyyatı qurumlar hələ də problemi həll etmək yolunda addım atmayıblar. Deyilənə görə qeydiyyata alınıb, plana salınıb. Amma bu sözü illərdir ki, eşidirik. Bu vəziyyətdə belə ora uşaqlar gəlib-gedib. Bir hadisə baş versə görəsən kim cavab verəcək?” deyə kənd sakinləri bildirib.

Problemlə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən mövzu ilə bağlı əlavə məlumatın veriləcəyini bildirdilər. Ümid edirik ki, problem tezliklə, yeni dərs mövsümünə qədər öz həllini tapacaq.


Cəlilabadın Maşlıq kənd məktəbi uçur
Cəlilabadın Maşlıq kənd məktəbi uçur
Geri qayıt