Əsas Səhifə > Güney Press > Trampın qanlı fotosu "Time"nin üz qabığında

Trampın qanlı fotosu "Time"nin üz qabığında


15-07-2024, 09:52
Trampın qanlı fotosu "Time"nin üz qabığında
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan, ölkənin keçmiş lideri Donald Trampa qarşı törədilən sui-qəsd dünya mediasının gündəmindən düşmür.
AzVision.az xəbər verir ki, məşhur “Time” jurnalı keçmiş prezident Donald Trampın Pensilvaniyada tərəfdarları ilə görüşü zamanı olan sui-qəsd cəhdinə xüsusi yer ayırıb. Nəşr avqust sayının üz qabığında Trampın fotosunu yerləşdirib.
“Time”ın "X" hesabında yazılıb ki, Tramp millət uçurumun kənarında olan bir zamanda atışmadan sağ çıxa bildi. Buraxılış avqustun 5-də satışa çıxarılacaq.

Xatırladaq ki, Donald Trampa sui-qəsd cəhdi iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılsa da, güllə yalnız onun qulağına dəyərək qanadıb. Təhlükəsizlik qüvvələrəinin əməkdaşları tərəfindən dərhal səhnədən düşürülən Tram xəstəxanaya yerləşdirilib. Qatil isə yerindəcə məhv edilib. Onun şəxsiyyəti müəyyənləşdirilib və Federal Təhlükəsizlik Bürosunun məlumatına görə, o, 20 yaşlı Pensilvaniyadan olan Tomas Metyu Kruksdur. "New York Post" yazıb ki, gənc oğlan Trampın çıxış etdiyi səhnədən təxminən 120 metr məsafədə yerləşən fabrikinin damından atəş açıb.

Geri qayıt