Əsas Səhifə > Güney Press > "Nikolun qulağı üçün gülləkeçirməz "jilet" gətiriblər"

"Nikolun qulağı üçün gülləkeçirməz "jilet" gətiriblər"


15-07-2024, 09:27
"Nikolun qulağı üçün gülləkeçirməz "jilet" gətiriblər"
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan, ölkənin keçmiş lideri Donald Trampa qarşı törədilən sui-qəsd Ermənistan cəmiyyətində də geniş müzakirələrə səbəb.
Amma Ermənistan mətbuatı, xüsusən də müxalifətə yaxınlığı ilə seçilən saytlar digər ölkələrin mediasından fərqli olaraq daha çox Trampı deyil, baş nazir Nikol Paşinyanı ironik şəkildə müzakirəyə çıxarırlar.

Hətta sosial şəbəkələrin erməni seqmentində belə Trampın vurulma anını əks etdirən
fotoları Paşinyanın üzündə qorxu olan şəkilləri ilə kollaj edərək paylaşırlar.

"Mamul" nəşri isə oxşar hadisənin baş nazirin başına da gələ biləcəyini yazıb. Siyasi fəal Aram Manukyan ironik açıqlama verərək deyib: “Deyilənə görə, Nikola qulağı üçün gülləkeçirməz "jilet" gətirilib”.

AzVision.az

Geri qayıt