Əsas Səhifə > Güney Press > "Azman Holding" Qarabağda 9 milyonluq layihəni

"Azman Holding" Qarabağda 9 milyonluq layihəni


16-07-2024, 00:02
"Azman Holding" Qarabağda 9 milyonluq layihəni
Ağdam rayonunun Sarıcalı kəndində bərpa, quruculuq və abadlaşdırma işləri sürətlə davam etdirilir.

Dia-az.İnfo xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Kənddə tikintisi nəzərdə tutulan qeyri-yaşayış binaları (inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və Bayraq meydanı) üzrə tikinti-quraşdırma işlərinə başlanılır.

Dövlət Xidməti sözügedən işləri "Azman Holding" şirkətinə həvalə edib və müqavilə bağlanacaq. Müqaviləyə əsasən layihənin icrası 9,1 milyon manata başa gələcək.

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Ağdam rayonunun Sarıcalı kəndi yenidən salınır. Bu ilin sonuna qədər Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ağdam rayonunun Sarıcalı kəndinin təməli 2022-ci ilin oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Geri qayıt