Əsas Səhifə > Güney Press > İtinə qızıl məcməyidə yal verir...

İtinə qızıl məcməyidə yal verir...


15-07-2024, 09:12
İtinə qızıl məcməyidə yal verir...
Hindistanda Ambani ailəsi yaşayır. Var-dövlətləri başlarından aşır. İtləri yalı qızıl məcməyidə yeyir. Pişikləri gümüş taxtda yatır. Ailə üzvləri təbii ehtiyaclarını brilliant daşlarla bəzədilmiş uniitaza ödəyirlər. Gözümlə görməmişəm, türk dilində olan mənbələrdən oxumuşam. Müxtəlif dillərdə olan məbbələrdə də bu barədə kifayət qədər məlumat var. Oxuyanda insanın tükləri biz-biz dayanır.

Pul pis şeydir, çox olanda adamı qudurdur...

Yəqin xəbəriniz var, Ambani kişi, yəni ailənin başçısı balaca oğluna toy edir. Ağlınız bizim toylara getməsin, onlarda məclis 6-da başlayıb 12-də qurtarmır. Dörd aydır ki, vur çatlasın, çal oynasındır. Martda başlayan toy hələ də davam edir. Sabah məclisə məşhur porno ulduz Kim Kardaşyan təşrif buyuracaq. Qonaqların siyahısında Toni Blayerlə Boris Conson kimi məşhur somalar da var. Əminəm ki, qonaqlara qoşulub bir boşqab Hindistan aşı yemək üçün ən azı bir milyon dollar qonorar alıblar. Türk dilində olan mənbələrin iddiasına görə toy məsrəfləri çoxdan 250 milyon dolları keçib.

Ambani kişi bu sətirləri oxusa, belə deyəcək: "Yaxşı edirəm! Mənimlə şərikli pul qazanmıısan?!"

Goranboyda da elə o ağılda bir iş adamı var. Beş-altı il əvvəl itlərinə toy eləmişdi. Sonra məlum oldu ki, doğma bacısı sıxıntı içərisində yaşayır...

Mövzumuza qayıdaq. Mukeş Ambaninin 90 milyard dollar sərvəti var. Ambanilər bu var-dövlətlə Asiyanın ən zəngin ailəsi sayılırlar. Onlar bu pulun cəmi iki faizini xərcləməklə Hindistanda 3 min xəstəxana, 30 min ictimai tualet tikə bilərlər.

Bilirsiniz niyə xəstəxana, tualet deyirəm?

Hindistanda 500 milyon adam təbii ehtiyacını küçədə ödəyir. Ağac dibi, kol dalı kasıb hindlilər üçün tualet funksiyasını yerinə yetirir.

Hazırda Hindistanda azı 100 milyon insan küçədə gecələyir. Pulu olmadığı üçün azı bu qədər adam küçədə doğulur, küçədə böyüyür və küçədə ölür. Amma qitənin ən varlı adamı öz yoxsul həmvətənlərinə kömək etmək əvəzinə sürtük erməni fahişəsi Kim Kardaşyanın iri yanbızlarını onun məclisində bir dəfə burcutması üçün gözünü qırpmadan bir milyon dollarından keçir.

Allah - Təalanın qəribə işləri var: adama 90 milyard dollar sərvət verib, amma 90 qəpiklik ağıl verməyib...

Seymur VERDİZADƏ - YeniSabah.Az

Geri qayıt