Əsas Səhifə > Güney Press, Üst manşet > "Məni səbəbsiz olaraq işdən çıxarıblar..."

"Məni səbəbsiz olaraq işdən çıxarıblar..."


15-07-2024, 07:36
"Məni səbəbsiz olaraq işdən çıxarıblar..."
Şəki rayonun Baş Göynük kənd sakini, “Çernobul” qəzası iştirakçısı və 2-ci qrup əlili Məmmədov Aqil Sabir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Çox hörmətli Prezident və Mehriban xanım! Bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik  ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi  hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik. Xatırladım ki, elə seçki bitər bitməz “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin Şəki rayonu üzrə idarəsi rəisi olan Əhmədov Sabir mənə zəng edərək bildirdi ki, təcili idarəyə gəlib öz xahişinizlə ərizə yazıb işdən çıxmalısınız. Mən ona bildirdim ki, axı mən xüsusi kateqoriyaya aid Çernobul veteranıyam. Niyə idarədəki bu ixtisara məndən başlayırsınız. Cavab Verdi ki, idarə etdiyiniz avtomobil köhnəlib, işləmir ona görə. Bu birbaşa “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri cənab Zaur Mikaylovun göstərişidir. Mən müdir Sabir Əhmədovun öz xahişimlə ərizə yazıb işdən çıxmağım barədə təklifilə razı olmadığımı bildirdim.

  Öncə mən inanmıram ki, cənab “Su və Meliorasiya Təsərrüfatı” ASC-nin sədri Zaur müəllim Sabir Əhmədova göstəriş versin ki, təcili olaraq işçiniz olan Çernobul veteran olan Aqil Məmmədovun ərizəsi alınsın.Çünki buna Azərbaycan Qanunu da icazə vermir. Yaxşı olardı ki, Sabir müəllim ixtisarlara idarəyə doldurduğu öz qohum-əqrəba, dost tanışlarından başlayaydı. Budur, belə qohumlarının üzünü bircə dəfə də olsun idarənin şəxsi heyətindən indiyədək heç kim görməyib. Onlar çünki “ölücan”lardır.  Və biz də belə şəxsi nümunədən nəticə çıxarıb ərizəmizi yazardıq. Biz zorakılıqla indiki iqtisadi çətin  bir vaxtda öz xoşumuzla ərizə yazmadım . Fevralın 24-də təkrar bu barədə yuxarı orqanlara yenidən müraciətimi görən müdir məni 6 mart tarixindən xəbərdarlıq etmədən işdən çıxarmışdır.( qovmuşdur) Bu barədə  ƏƏSMN-nin Əmək müfətişliyi mənimlə əlaqə saxlayaraq bildirmişdir ki, belə yanaşmaya görə biz idarəni 1500 manat cərimələyəcəyik. buna görə də mən Çernobul əlili birinci olaraq işdən çıxarıldım. Xatırladım ki, mənim 3 qız övladım olmaqla yanaşı ailəsi başsız qalan və bir xəstə oğlu ilə Şəki rayonun Cumakənd kəndində uçuq bir uçub tökülmüş daxmada yaşayan bacım Məmmədova Nəzakət Sabir qızının da dolanışığına köməklik edirdim. Hələ iki il əvvəl onun uçuq damının təmiri üçün yuxarı orqanlara müraciət etmişdim. Bundan sonra Şəki İcra Hakimiyyətindən məni çağırıb 10 dəqiqə nağıl danışıb bildirdilər ki, İcra Hakimiyyətinin kömək etməyə heç bir maddi imkanı yoxdur. Gərək nəzərə alasınız. Kimsə ac bir adam buraya gəlsə bizim ona bir çörək alıb verməyə imkanımız yoxdur”. Qəbul zamanı az qaldı ki, cibimdəki qəpik quruşu da İcranın bu bədbəxt məmuruna verib kəndimə qayıdım. Budur, indi məni xüsusi kateqoriyalı adamı işdən çıxarıblar.

Budur, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Aparat rəhbərinin imzası ilə mənə iyun ayında yazdığı cavab məktubundan məlum olur ki, guya mənim Çernobıl qəzası əlili olmağım barədə 10 ildən çox işlədiyim Şəki SSİ-nin xəbəri olmayıbmı. Olbsa da işdən çıxdıqdan sonra, yəni aprelin 19-da xəbər tutublar. Guya Həmkarlar İttifaqının yoxlaması ( işə gəlməmə səbəbi göstərilməklə)  və qəbul etdiyi qərarla mən işdən azad edilmişəm Və bunun düzgünlüyünü də ƏƏSMN-nin Şəki regional Əmək Müfəttişi də təsdiq etmişdir. Halbuki, mən işə gəlməmişəmsə tabeldə işə gəlib getmə imzalarımı qoysunlar ortalığa. Bu necə olur? Əmək müfətişi də idarə rəhbərliyilə gizli sövdələşmə etmiş, bilə bilə ki, qanun mənim işdən azad edilməyimə icazə vermir, lakin bu tifil 5-10 qəpiyə özünü sataraq “razılığını bildiribmiş. Ammma mənimlə telefonda danışanda tam başqa cür qanunları tətbiq edəcəyini bildirirdi. Deməli. Pul çox şirin şeymiş. Məktubda yazılanların, yəni, Şəki SSİ-nin “Meliorasiya və Su Təsərrüfatı” ASC rəhbəri cənab Zaur Mikayılova barədə yazdıqlarının hamısı xəstə təxəyyüllərinin məhsulu olub, yalnız özlərinin çirkin işlərinə bəraət üçün lazım olub. Və çox təəəssüf edirəm ki, Apparata rəhbəri də bu yalançıların əsassız məktubu əsasında mənə mənasız məktub ünvanlayıb. Əvəzində Əhmədov Sabir rayondakı çay yataqlarının təmizlənməsi adı altında dövlətin ayırdığı milyonlarla pul kütləsini mənimsədiyinə görə iyunun 5-də döşünə bir orden də asdılar. Burada. Qəmlonun Kərbalayı İsmayıla dediyi məşhur sözlər yadıma düşdü. “ Kərbəlayı, Abbasqulu bəy bizdə sirr qoymadı. İndi geri dönən kimi döşünə bir orden də asacaqlar”. Eynən Əhmədov Sabirin döşünə asdıqları kimi. ( 3-cü dərəcəli “Əmək” ordeni 5 iyun 2024-cü il)

    Ona görə də cənab Prezident Sizdən çox xahiş edirəm ki, mənim 3 qız övladımın olmasını, (ikisi tələbədir) və həyat yoldaşımın da ağır xəstəlikdən müalicə almasını , bacım və xəstə oğluna da maddi yardım etmək məcburiyyətində qalmağımı nəzərə alaraq cənab Zaur Mikayılova göstəriş verəsiniz ki, mənim adi bir sürücü kimi heç olmasa Qax SSİ-də  yenidən işləməyimə şərait yaratsın".

Geri qayıt