Əsas Səhifə > Güney Press > Ağdamda 9 milyonluq tikinti tenderinin qalibi

Ağdamda 9 milyonluq tikinti tenderinin qalibi


14-07-2024, 00:05
Ağdamda 9 milyonluq tikinti tenderinin qalibi
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti “Ağdam rayonu Sarıcalı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binaları (inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və Bayraq meydanının) üzrə tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Azman Holding” MMC olub.

Qalib şirkətə 9 116 399 manat ödəniləcək.

Qeyd edək ki, “Azman Holding” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlham Əhmədov Musa oğludur. Hüquqi ünvanı AZ1003, Bakı Şəhəri Səbail Rayonu, Vüsal Və Elçin Hacıbabayevlər, ev 4c ünvanında yerləşir.

Geri qayıt