Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Bank Avrasiya”nın durumu GƏRGİN HƏDDƏ...

“Bank Avrasiya”nın durumu GƏRGİN HƏDDƏ...


14-07-2024, 00:02
“Bank Avrasiya”nın durumu GƏRGİN HƏDDƏ...
“Bank Avrasiya” ASC 2024-cü ilin II rübünün maliyyə nəticələrini açıqlayıb.

Dia-az.İnfo xəbər verir ki, bank II rübdə bankın faiz gəlirləri 704 min manat və ya 9% azalaraq 7 milyon 310 min manat, faiz xərcləri isə 524 min manat və ya 32% azalaraq 1 milyon 152 min manat təşkil edib.
“Premium Bank” yenə kiçilib, - ŞİRKƏTLƏR BANKDAKI 30 MİLYON MANAT PULU GERİ ÇƏKİBLƏR - HESABAT

Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 6 milyon 271 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 73 min manat və ya 1% çoxdur.

Beləliklə xalis faiz gəlirləri 5 milyon 775 min manat olub ki, bu da illik müqayisədə 695 min manat və ya 11% azdır.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 1 milyon 140 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 813 min manata bərabər olub.

İllik müqayisədə gəlirlər 4 min manat artıb , xərclər isə 14 min manat azalıb.

Beləliklə, bank bu dövrdə 3 milyon 102 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-ci ilə nisbətən 676 min (18%) azdır.

"Bank Avrasiya" II rübü 1 milyon 54 min manat xalis mənfəətlə başa vurub.

İllik müqayisədə bankın xalis mənfəəti son bir ildə 1 milyon 219 min manat, başqa sözlə 54% (2 dəfə) aşağı düşüb.

Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.

Geri qayıt