Əsas Səhifə > Güney Press > BDU QS reytinq qurumu tərəfindən “Məşğulluq göstəricilərinin yüksəlməsi mükafatı” ilə təltif olunub

BDU QS reytinq qurumu tərəfindən “Məşğulluq göstəricilərinin yüksəlməsi mükafatı” ilə təltif olunub


12-07-2024, 15:08
BDU QS reytinq qurumu tərəfindən “Məşğulluq göstəricilərinin yüksəlməsi mükafatı” ilə təltif olunub
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq qurumu olan “Quacquarelli Symonds” (QS) tərəfindən cari ildə işəgötürənlər arasında nüfuzunun artması və məşğulluq göstəricilərinin yüksəlməsinə görə “Məşğulluq göstəricilərinin yüksəlməsi mükafatı” (Employement Performance Improvement Award) ilə təltif olunub.

Dia-az.İnfo xəbər verir ki, mükafat rektor Elçin Babayevə QS-in strateji tərəfdaşlıq və iştirak üzrə qlobal direktoru xanım Monika Hornunq Kattan tərəfindən İspaniyada keçirilən “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” (QS Higher Ed Summit: Europe 2024) tədbirində təqdim olunub. Sözügedən mükafat məşğulluq göstəricilərini və işəgötürənlər arasında nüfuzunu əhəmiyyətli dərəcədə artırmış Avropanın qabaqcıl ali təhsil müəssisələrinə təqdim olunur. Bu, adıçəkilən tədbir çərçivəsində BDU-ya təqdim olunan ikinci mükafatdır.

Qeyd edək ki, BDU böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də “Məşğulluq göstəriciləri” (Employer Outcomes) indikatoru üzrə dünyada 271-ci, ölkədə isə lider mövqedə qərarlaşıb.

BDU QS reytinq qurumu tərəfindən “Məşğulluq göstəricilərinin yüksəlməsi mükafatı” ilə təltif olunub

Geri qayıt