Əsas Səhifə > Güney Press > Azərbaycanın da tamhüquqlu üzv olmaq istədiyi

Azərbaycanın da tamhüquqlu üzv olmaq istədiyi


12-07-2024, 14:41
Azərbaycanın da tamhüquqlu üzv olmaq istədiyi
“Azərbaycan BRICS-in tamhüquqlu üzvü olmaq istəyir”.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova iyulun 11-də X BRICS Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİKS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİKS-ə qoşulmaq arzusunu ifadə edib”, - parlamentin spikeri bildirib.
Onun fikrincə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.
Qafarova ikili standartlara yol verməmək üçün beynəlxalq parlament platformaları çərçivəsində səmimi dialoqun aparılmasının tərəfdarı olduğunu bildirib.
“Parlamentlər əməkdaşlığı təşviq etməli, körpülər qurmalı və qarşıdurma ilə mübarizə aparmalıdır. Biz, məsələn, Avropa Parlamentində olduğu kimi, ikili standartlar platformasına çevrilməmək üçün səmimi dialoqu təşviq etməliyik”, - o bildirib.
Milli Məclisin sədri BRICS Parlament Forumunun səmərəli əməkdaşlıq platformasına çevriləcəyinə əminliyini ifadə edib.
İyulun 11-12-də Sankt-Peterburqdakı Tavrida sarayında X BRİKS Parlament Forumu keçirilir.
Qeyd edək ki, BRICS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası təşkilatdır. Təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. Əvvəlcə investisiya imkanlarını dəyərləndirmək üçün müəyyən edilmiş qrup faktiki geosiyasi bloka çevrilib. Təşkilata üzv ölkələrin hökumətləri 2009 -cu ildən bəri hər il rəsmi sammitlərdə görüşür və çoxtərəfli qarşılıqlı siyasi, iqtisadi fəaliyyəti dəyərləndirirlər. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, qarşılıqlı fayda və bərabərlik əsasında aparılır.
Bu il qrupa Rusiya sədrlik edir. Təşkilatın builki əsas tədbir oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRICS sammiti olacaq.

Geri qayıt