Əsas Səhifə > Güney Press > Cəbrayılda su təchizatı ilə bağlı 3 milyonluq tenderə

Cəbrayılda su təchizatı ilə bağlı 3 milyonluq tenderə


12-07-2024, 18:56
Cəbrayılda su təchizatı ilə bağlı 3 milyonluq tenderə
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Azərsutəchizattikinti” ASC olub.

Qalib şirkətlə 2 560 615 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Azərsutəchizattikinti” ASC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 24 442 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirzəcan Xəlilov Mirzəmməd oğludur. Hüquqi ünvanı AZ5401, Sabirabad Rayonu, Şəhriyar, ev 35 ünvanında yerləşir.

Geri qayıt