Əsas Səhifə > Güney Press > Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransı keçiriləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransı keçiriləcək


12-07-2024, 13:14
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransı keçiriləcək
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin 03 iyul 2024-cü il tarixli
iclasında Cəmiyyətin mövcud fəaliyyəti, görülən işlər, problemlər, nöqsanlar və müzakirəsi
vacib olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda AQC-nin İdarə Heyətinin 9
üzvündən 7-sinin (5-i təsisçi olmaqla) qərarı ilə növbədənkənar konfransın keçirilməsi zəruri
hesab edilib. Bu barədə Dia-az.İnfo-ya qurumdan xəbər verilib.
Daha sonra konfransın keçirilməsi ilə bağlı 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Konfransın 19 iyul 2024-cü tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Hazırda Təşkilat Komitəsi tədbirin təşkili ilə bağlı müvafiq hazırlıq işlərini həyata keçirir.

Geri qayıt