Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Qala Sığorta”nın Audit Komitəsinin sədri və üzvü vəzifəsindən ayrılıblar

“Qala Sığorta”nın Audit Komitəsinin sədri və üzvü vəzifəsindən ayrılıblar


12-07-2024, 11:04
“Qala Sığorta”nın Audit Komitəsinin sədri və üzvü vəzifəsindən ayrılıblar
“Qala Sığorta” ASC-nin Audit Komitəsi tam tərkibdə siyahıdan çıxarılıb və hazırda minimum tələb olunan üç vəzifəyə təyinat olmayıb.

Banker.az xəbər verir ki, Polad Hümmətov Akif oğlu sədr kimi, Gündüz Məmmədli Zakir oğlu üzv kimi Audit Komitəsinin siyahısından. Polad Hümmətov Direktorlar Şurasının üzvüdür.

Bununla da rəsmi olaraq sığorta şirkətinin Audit Komitəsindəki vəzifələr vakantdır.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 1999-cu ildən fəaliyyət göstərən “Çartis-Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19.39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.

Qeyd edək ki sığortaçının Audit Komitəsi üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri müstəqil şəxs olmalıdır. Audit Komitəsinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Audit Komitəsinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

Sığorta Şirkətinin Audit Komitəsinin səlahiyyətləri aşağıdakılardır:

sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək;
daxili audit planlarını təsdiq etmək;
müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;
səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq;
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Geri qayıt