Əsas Səhifə > Güney Press, Üst manşet > Sahil Babayevin daha bir QURBANI...

Sahil Babayevin daha bir QURBANI...


12-07-2024, 09:09
Sahil Babayevin daha bir QURBANI...
İmişli rayon sakini Abbasov Nemət Usubəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edir:

“Mən, Abbasov Nemət Usubəli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

4 uşaq atasıyam. 2023-cü ilin noyabr ayında sosial yardımımı kəsiblər. Səbəb isə adıma olan etibarnamənin olması idi.

Əmək müqaviləm ola-ola sosial müavinətimi kəsdilər. Bu günə qədər də bərpa edə bilmirəm.

İmişlı rayonunda iş tapmaq çətindir. Mənim peşəm isə sürücülükdür. Mənə deyirlər ki, firmada işləmək üçün adına etibarnamə olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu etibarnaməyə görə mənə imtina cavabı verir. Bu qanuna əsasən, mən ancaq süpürgəçi işləyə bilərəm, maşın sürə bilmərəm.

Mən, sizin sayt vasitəsilə üzümü Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə tuturam: Cənab nazir, bu nə qanundur, bu nə deməkdir?! Firmada sürücü işləmək o demək deyil ki, mənim maşınım var. Firmadan maraqlanın görün maşın kimin adınadır? Bu qədər də olmaz axı! Açıq-aşkar deyirsiniz ki, yardım vermirik. Arada papağınızı qoyun qabağınıza, bir fikirləşin, bu yazıq kasıb onsuz da ölüb, birdə belə niyə öldürürsüz?!”

Geri qayıt