Əsas Səhifə > Güney Press > 3 nəfər Almaniyadan Azərbaycana ŞƏFA TAPMAĞA GƏLİB

3 nəfər Almaniyadan Azərbaycana ŞƏFA TAPMAĞA GƏLİB


5-07-2024, 18:02
3 nəfər Almaniyadan Azərbaycana ŞƏFA TAPMAĞA GƏLİB
Bu ilin ilk 5 ayı ərzində turizm məqsədi ilə Azərbaycana 645 min 372 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 8 min 104 nəfəri və ya 1,3%-i ölkəyə müalicə məqəsdi ilə gəlib.
Azərbaycana müalicə məqsədi ilə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 681 nəfər və ya 83% artıb.
Müalicə üçün Azərbaycana gələnlərin yarıdan çoxu – 5 min 552 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana müalicə üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Rusiya – 5 552 nəfər
Qazaxıstan – 650 nəfər
Türkiyə – 486 nəfər
Özbəkistan – 413 nəfər
Gürcüstan – 346 nəfər
Qırğızıstan – 86 nəfər
Ukrayna – 50 nəfər
Tacikistan – 44 nəfər
Belarus – 39 nəfər
Moldova – 26 nəfər
İran – 23 nəfər
Latviya – 3 nəfər
Almaniya – 3 nəfər
Bolqarıstan – 2 nəfər
Polşa – 2 nəfər
Litva – 2 nəfər
Türkmənistan – 23 nəfər
Digər ölkələr – 354

Geri qayıt