Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Kərəm Mustafayevlə bağlı daha bir İDDİA

Kərəm Mustafayevlə bağlı daha bir İDDİA


5-07-2024, 17:25
Kərəm Mustafayevlə bağlı daha bir İDDİA
Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev sərəncama götürülüb.

Hurriyyet.az bu barədə etibarlı qaynaqlara istinadən məlumat verir. Mənbə iddia edir ki, K.Mustafayevin vəzifədən azad olunması ilə bağlı sərəncam artıq imzalanıb və yaxın saatlarda elan olunacaq. O da bildirilir ki, artıq Kərəm Mustafayevi əvəzləyəcək şəxsin adı da bəllidir.

Başqa bir məlumata əsasən, Əlahiddə Ümumqoşun Ordu komandanlığı ləğv olunaraq, Müdafiə Nazirliyinin Naxçıvan Korpusu ilə əvəz olunur. Hansı ki, Naxçıvan korpusuna da Vətən Müharibəsi qəhrəmanı, general-mayor Kənan Seyidovun təyin edildiyi vurğulanır. Qeyd edək ki, K.Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavinidir.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazovla əlaqə saxladıq. Xidmət rəisi bu haqda onda informasiya olmadığını, dəqiqləşdirib, redaksiyamıza məlumat verəcəyini bildirdi…

Qeyd edək ki, bu barədə dia-az.info olaraq ilk xəbəri biz yaymışıq...

Geri qayıt