Əsas Səhifə > Güney Press > Viktor Orban Azərbaycana səfər edəcək
Viktor Orban Azərbaycana səfər edəcək4-07-2024, 17:48 |
Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək. APA xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib. Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək. "Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib. Geri qayıt |