Əsas Səhifə > Güney Press > İranda ana dilinin tədrisi mümkündür

İranda ana dilinin tədrisi mümkündür


4-07-2024, 15:12
İranda ana dilinin tədrisi mümkündür
İran məktəblərində fars dili ilə yanaşı, ana dilinin tədrisi də mümkündür.

Axar.az
xəbər verir ki, bunu Azərbaycanlı mühafizəkar siyasətçi, akademik, Ərdəbil, Nəmin və Nir şəhərlərinin İran parlamentindəki nümayəndəsi və Ərdəbilin keçmiş meri Südeyf Bədri deyib.

O, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsini unutmamağı tələb edib.

Qeyd edək ki, deputatın sözləri prezidentliyə namizəd Məsud Pezeşkianın mövqeyi ilə üst-üstə düşür.


Geri qayıt