Əsas Səhifə > Güney Press > Paşinyan ABŞ-a strateji tərəfdaşlıq TƏKLİF ETDİ
Paşinyan ABŞ-a strateji tərəfdaşlıq TƏKLİF ETDİ4-07-2024, 11:41 |
Ermənistan ABŞ-la münasibətləri bir çox sahədə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazırdır. APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Müstəqillik Günü münasibətilə ABŞ lideri Co Baydenə göndərdiyi məktubda deyilir. Məktubda ABŞ-la tərəfdaşlığın hər iki ölkənin və bütövlükdə regionun inkişafına töhfə verəcəyi bildirilib, eyni zamanda, Ermənistanın sülh gündəliyinə sadiq olduğu vurğulanıb. Ermənistanın hökumət rəhbəri qeyd edib ki, ölkəsi ABŞ-nin 1991-ci ildə qəbul olunan Alma-Ata bəyannaməsinə uyğun olaraq region ölkələri arasında suverenlik, müstəqillik, ərazi bütövlüyü, demokratiya və sərhədlərin toxunulmazlığına istiqamətlənən sülhün bərqərarı yönündəki rolunu yüksək qiymətləndirir. Geri qayıt |