Əsas Səhifə > Güney Press > Cəbrayılda 21 milyonluq tikinti tenderi uduldu

Cəbrayılda 21 milyonluq tikinti tenderi uduldu


5-07-2024, 00:05
Cəbrayılda 21 milyonluq tikinti tenderi uduldu
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “GM Construction” MMC olub.

Qalib şirkətlə 20 905 738 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “GM Construction” MMC 2016-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hafiz Nəzərli Akif oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189 ünvanında yerləşir.

Geri qayıt