Əsas Səhifə > Güney Press > BANM-də “Açıq qapı” günü

BANM-də “Açıq qapı” günü


4-07-2024, 10:12
BANM-də “Açıq qapı” günü
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçirilib. I və
II ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlər, o cümlədən IX və X sinif
şagirdləri və onların valideynləri iştirak ediblər.
Görüş zamanı BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin üstünlükləri
barədə ətraflı məlumat verib, SOCAR rəhbərliyinin diqqət və qayğısı
sayəsində tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayıb. Rektor Ali
Məktəb haqqında iştirakçıların suallarını cavablandırıb.
İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin
avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi
və Biznesin idarə edilməsi ixtisaslarında təhsil alan tələbələrin təhsil və
tələbəlik həyatı barədə təqdimat edilib.
Sual-cavab sessiyasından sonra kampus turu təşkil olunub.

Dia-az.İnfo

BANM-də “Açıq qapı” günü
BANM-də “Açıq qapı” günü
BANM-də “Açıq qapı” günü

Geri qayıt