Əsas Səhifə > Güney Press, Üst manşet > İşçi ixtisarları: BELƏ HARA GEDİRİK...

İşçi ixtisarları: BELƏ HARA GEDİRİK...


4-07-2024, 09:17
İşçi ixtisarları: BELƏ HARA GEDİRİK...
Son günlər SOCAR-a aid strukturlarda və eləcə də digər dövlət qurum və təşkilatlarında müşahidə olunan işçi ixtisarları böyük etirazlarla müşaiyət olunmaqdadır. Bununla bağlı Dia-az.İnfo-ya müraciət edən "Azneft" İstehsalat Birliyinin bir qrup çalışanı narazı olduqlarını ifadə etməklə yanaşı, həm də təkliflərini verirlər.

İşçilərin müraciətində deyilir:

"Son günlər SOCAR-a aid qurumlarda "canlanma" var. Əgər bir yandan işdən çıxarırlarsa, bilin ki digər bir yandan da pul alıb işə düzəldirlər.

Bu fırıldaçı məmur sürüsü nə vaxta qədər haramdan əl çəkəcək, işçini haqsız yerə işdən çıxaranların Allah belini qırsın tezliklə İnşəallah.

Onlar üçün maraqlı deyil ki işdən çıxardıqları, maaşlarını azaltdıqları, cəzalandırdıqları şəxslər də vətəndaşdır, ailə başçısıdır... Onları düşündürmür ki, həmin işçilər işsiz qalandan sonra ailələrinin ən primitiv tələbatlarını belə ödəyə bilmirlər...

Biz burdan aidiyyatı qurumlara müraciət edirik, əgər həqiqətən də qənaətə ehtiyac varsa, SOCAR-ın fəhlələrini ixtisar ermək lazım deyil , vəzifəliləri işdən çıxarmaq, onların maaşlarını azaltmaq, onları ixtisara salmaq lazımdır!

Bax, bu olar əsl qənaət. Yoxsa fəhlənin maaşı hesabına qənaət düşünürsünüzsə, onda sizin də işiniz Allaha qalıb..."

Geri qayıt