Əsas Səhifə > Güney Press > Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb

Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb


4-07-2024, 08:26
Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb.

Bu barədə Dia-az.İnfo-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Geri qayıt