Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Bazarstore”un sabiq rəhbərinə YENİ VƏZİFƏ

“Bazarstore”un sabiq rəhbərinə YENİ VƏZİFƏ


3-07-2024, 17:38
“Bazarstore”un sabiq rəhbərinə YENİ VƏZİFƏ
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC-yə yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Burhan Sevahil “OMİD” MMC-yə yeni baş icraçı direktor (CEO) təyin edilib.

B.Sevahil 2017-ci ilin noyabrından “BazarStore” MMC marketlər şəbəkəsinə rəhbərlik edirdi.

Onu da qeyd edək ki, “Azərsun Holdinq” MMC-nin strukturunda olan “Bazarstore” marketlər şəbəkəsinin rəhbəri vəzifəsində İbrahim Səmədi Burhan Sevahili əvəz edib.

Geri qayıt