Əsas Səhifə > Güney Press > “Azərbaycanla sərhəddəki hadisələrin Ayla əlaqəsi var”

“Azərbaycanla sərhəddəki hadisələrin Ayla əlaqəsi var”


3-07-2024, 19:02
“Azərbaycanla sərhəddəki hadisələrin Ayla əlaqəsi var”
“Ayın hərəkəti, bədirlənməsi okean və çay sularında qabarmalara, çəkilmələrə səbəb olur”.

Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, ayın bədirlənməsi zamanı dünyada baş verən cinayət hadisələri digər günlərlə müqayisədə daha çox olur:

“Ümumiyyətlə, Ay bədirlənəndə neqativ hallar daha çox olur. Daşqın, sel kimi təbii fəlakətlər də həmin ərəfəyə düşə bilir. Məsələn, axırıncı dəfə ayın bədirlənməsi zamanı Dağıstanda terror hadisələri baş verdi. Həmin hadisələr müəyyən qədər Ayın bədirlənməsi ilə bağlantılı idi. Çünki Ay insanın emosiyalarını idarə edir. Bunu alimlər də bilir.

Hətta ABŞ Polis Akademiyası da bu barədə uzun illər araşdırma aparıb. Məlum olub ki, gecə gəzənlər ən çox Ay bədirlənəndə gəzirlər. Həmçinin, cavanarların qoyun sürülərə hücumu da məhz həmin vaxta düşür. Deməli, burada bir qanunauyğunluq var.

Amma elm bunu tam izah edəcək səviyyəyə gəlib çatmayıb”.

Astroloq onu da qeyd edib ki, Ay buğa bürcündə olduğu zaman əkilən ağaclar heç vaxt qurumur:

“Üstəlik, bu, təbii peykdir. Allah Yupiter, Saturn kimi planetləri də boşuna yaratmayıb. Onların da özünün əhəmiyyəti var. Allah gözümüzə görünən və görünməyən hər şeyi insana xidmət üçün yaradıb. Bunların hamısı astroloji təsiri izah edir”.

Səbuhi Rəhimli daha bir maraqlı məqamı bölüşüb:

“4 dəfə müxtəlif telekanallar gəlib proqnoz hazırlama metodumu çəkiblər. Yəni bürclərlə bağlı proqnozumu nəyə əsasən verdiyimi lentə alıblar. Amma həmin telekanalların heç biri onu efirə verməyib. Çünki insanların astrologiya ilə bağlı həqiqətləri bilmələrini istəmirlər. Həmçinin, çəkilmiş proqramlarda astrologiya ilə bağlı açıq-aydın danışdığım hissələri montajda kəsiblər”.

Geri qayıt