Əsas Səhifə > Güney Press > “İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”

“İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”


2-07-2024, 17:22
“İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”
“Televiziya kanallarında lazım olmayan, bəsit, dayaz elə sosial verilişlər göstərirlər ki, həyalı insanlar həmin verilişlərə baxmağa utanırlar. O verilişlərdə mətin, qürurlu Azərbaycan xalqının siması görünmür. Orada əyilmiş, əzilmiş, cərgələrdən uzaq olan insanların siması göstərilir. Bu əlbəttə ki, bizim xalqımızın siması deyil. Azərbaycan xalqı qəhrəman, qüdrətli xalqdır. 44 günlük müharibədə gördünüz ki, gənclərimiz necə qəhrəmanlıq göstərdi. Mən gənclərimizlə fəxr edirəm! Gəncliyimiz möhtəşəmdir, mətindir, dövlətimizin arxasındadır”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti İlham Namiq Kamal deyib.

“Son zamanlar ölkəmizdə mədəniyyət verilişləri demək olar ki, yox dərəcəsindədir. Aztv-də və Mədəniyyət tv-də görmək olar. Amma o biri kanallarda dedi-qodu verilişləri üstünlük təşkil edir. Veriliş tamaşaçını maarifləndirməlidir. Milli adət ən-ənələrimiz haqda verilişlər olmalıdır. Təhsilə uyğun verilişlər çəkilməlidir. Tamaşaçı deməməlidir ki, bu nədir mən baxıram?! İzləyici utanmamalıdır. Elə verilişlər var ki, valideyn uşağın yanında, uşaq da valideynin yanında utanır baxsın. Bu utancdan biz qurtulmalıyıq. Telekanalları çox sevirəm, böyük hörmətim var, amma onlara sabah arzu edirəm. Tamaşaçını maraqlandıran verilişlər olmalıdır” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, son illər dövlət sifarişli filmlər çəkilmir.

“Kinostudiya olmalıdır. Kinostudiyanın böyük adət ən-ənəsi var. Bu gün film yoxdur. Yaxşı, bəs gənclər nəyə çəkilsinlər?! Yoxdur axı! Gənci necə tanısınlar?! O vaxt ildə 4 film çəkilirdi” deyə o bildirib.

Geri qayıt