Əsas Səhifə > Güney Press > "Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam"

"Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam"


2-07-2024, 17:02
"Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam"
Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunan tanınmış rejissor və aktyor, əməkdar artist Sərvər Əliyev Azərbaycandan gedib.

Bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib.

O, bundan sonra fəaliyyətini Dərbənd şəhərində davam etdirəcək:

“İki aydır ki, Dərbənddəyəm. Fəaliyyətimi burada davam etdirəcəyəm. Niyə Dərbənddəyəm, bunun çox ciddi səbəbləri var. Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam”.

Geri qayıt