Əsas Səhifə > Güney Press > Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi

Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi


2-07-2024, 16:41
Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi
02 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində
tədbir keçirilmişdir.
Tədbirdə, Rayon İcra Hakimiyyəti Başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis İdarəsinin rəis müavinləri və polis idarəsinin şəxsi heyəti iştirak
edirdilər.
Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi
şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov 02 iyul – Polis işçilərinin peşə
bayramı münasibətilə bütün polis işçilərini təbrik etdi.
Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Polisinin cinayətkarlığa qarşı mübarizə
aparmasından, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 106 ili
ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğuladı. Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun
formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etdi. Bu gün
Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, polis
əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün
atılan addımlardan danışmışdır.
Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibəti ilə Qaradağ Rayon
Polis İdarəsinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif
edilmişlər.

Dia-az.İnfo

Geri qayıt