Əsas Səhifə > Güney Press > “COP29-a kimi Zəngəzur dəhlizi açılacaq”

“COP29-a kimi Zəngəzur dəhlizi açılacaq”


2-07-2024, 15:53
“COP29-a kimi Zəngəzur dəhlizi açılacaq”
“COP29-a kimi Zəngəzur dəhlizi açılacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan delimitasiya komisiyyasının görüşü və sülh müqaviləsinin imzalanması yönündə bəyanatları şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, yaxın zamanda çərçivə sazişi imzalanacaq.

“Azərbaycanla Ermənistan münasibətlərinin düzəlməsi üçün ABŞ ilə Türkiyə addımlar atır. COP29-a kimi iki dövlət arasında ən azı çərçivə sazişinin imzalanması gözləniləndir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, bu, beynəlxalq saziş olacaq və Ermənistan öhdəlik götürə bilər ki, konstitutsiyasını dəyişsin”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, nə qədər ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, ABŞ çalışır sülh müqaviləsi imzalansın.

“Ermənistan faktiki olaraq digər kəndlərin verilməsi yönündə də addımlar atmalıdır. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün iki ölkənin sərhədində tərəflərin nümayəndələri görüşməli idi. Hətta anlaşma da ola bilərdi. Ancaq görüş baş tutmadı. Türkiyə diplomatik gücünü Azərbaycan məsələsinə yönəltdi. Türkiyə sözünün üzərində dayanır. Rəsmi Ankara Ermənistanla münasibətlərini normallaşmasını Azərbaycanla Ermənistan münasibətlərinin tənzimlənməsində görür”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, COP29-a kimi hər hansı sənəd imzalana bilər: “Bundan əlavə, COP29-a kimi Zəngəzur dəhlizi açılacaq”.

Geri qayıt