Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi

Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi


2-07-2024, 15:50
Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla
iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil
dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb.
Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər
sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər tarixə ən mühüm mərhələ kimi həkk
olub.
2 iyul - Polis Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və
rayon Polis İdarəsinin şəxsi heyəti Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidənin önünə
çiçək dəstələri düzüblər.
Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon
Polis İdarəsinin rəisi, Polis Polkovniki Vüqar Ağayev tədbir iştirakçılarını 2 iyul –
Azərbaycan Polisi günü münasibətilə təbrik edərək polis əməkdaşlarına gələcək
fəaliyyətlərində uğurlar arzuladı və müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən,
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verdi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında tədbir iştirakçılarını
Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi
yoldan geniş söhbət açdı.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının
Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək
uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi.
Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər
orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
RİH başçısı çıxışına davam edərək bildirdi ki, Azərbaycan Polisi güclü maddi-texniki
bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil
edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə
orqanıdır.
Birinci Qarabağ müharibəsində olduğu kimi,Vətən müharibəsində də polis
əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili
Qoşunların şəxsi heyəti doğma yurdumuzun işğaldan azad olunması uğrunda
qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşları Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən Vətən
Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.
Eyni zamanda ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər
və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər
orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət
aparırlar.
Daha sonra çıxış edənlər- rayon prokuroru Həsən Hənifəyev, Dövlət Təhlükəsizliyi
Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi Pərvin Əsədov, Rayon Məhkəməsinin sədri İlqar
Qaralov, Rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov polis orqanları əməkdaşlarının
ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin
müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu
istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdilər.
Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin, Rayon
Polis İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.

Dia-az.İnfo

Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi
Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi
Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi
Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi

Geri qayıt