Əsas Səhifə > Güney Press > Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib


2-07-2024, 15:19
Azərbaycanın müdafiə naziri Belarusa səfər edib
İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib. Bu barədə Dia-az.İnfo-ya MN-dən xəbər verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

Geri qayıt