Əsas Səhifə > Güney Press > Belarusu müharibəyə cəlb etmək istəyirlər

Belarusu müharibəyə cəlb etmək istəyirlər


2-07-2024, 15:10
Belarusu müharibəyə cəlb etmək istəyirlər
Belarusu müharibəyə sürükləməyə çalışırlar.

Reyting.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinə qarşı yeni təhdidlər və ittihamlardan danışarkən deyib.

O, Belarusda eskalasiya baş verərsə, bunun cavabsız qalmayacağını qeyd edib. “Onlar regionu “dünya titrəyəcək” dərəcədə gərginləşdirmək üçün Belarusu qarşıdurmaya sürükləmək istəyirlər”,- deyə agentlik Lukaşenkodan sitat gətirib.

Xatırladaq ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi Ukraynanın sərhədə qoşun çəkdiyini və ölkəni müharibəyə sürükləməyə çalışdığını bildirib.

Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri komandanının ideoloji iş üzrə müavini Vadim Lukaşeviç deyib ki, Ukrayna Belarus sərhədinə qoşun, silah və hərbi texnika toplayır.

Geri qayıt