Əsas Səhifə > Güney Press > BANM tələbələri DAAD təqaüdlərini qazanıb

BANM tələbələri DAAD təqaüdlərini qazanıb


2-07-2024, 15:03
BANM tələbələri DAAD təqaüdlərini qazanıb
Alman Akademik Mübadilə Xidməti (DAAD) SOCAR-ın Bakı Ali Neft
Məktəbinin (BANM) tələbələrinə Almaniyada təhsil və tədqiqat aparmaq
üçün təqaüdləri təqdim edib. Onlar Ayşən Qurbanova, Rafiq Rafiqzadə,
Fuad Tağıyev və Murad Şərifovdur.
Azərbaycan Texniki Universitetində (ATU) keçirilən tədbirdə çıxış edən
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann DAAD mübadilə
xidmətinin ölkəmizlə dostluq əlaqələrinin qurulmasında böyük rol oynadığını
bildirib.
Sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi regional ofisinin
rəhbəri Gebhard Reul çıxışında təşkilatın tələbə və elm adamlarının
beynəlxalq mübadiləsini dünyada təşviq etdiyini vurğulayıb.
Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təqaüdçülərə
gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda təqaüdü qazanan şəxslərə mükafat təqdim olunub.

Dia-az.İnfo

Geri qayıt