Əsas Səhifə > Güney Press > Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu


2-07-2024, 11:53
Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu
İnnovativ məhsullar yaratmaq məqsədilə keçirilən, Azərbaycanın ən böyük
48 saatlıq texnologiya yarışmalarından biri “PASHA Hackathon 4.0” başa
çatıb. SOCAR-ın Bakı Ali Neft Məktəbinin “Untitled” komandası birinci yerin
qalibi olaraq 6000 azn qazanıb.
Eyni zamanda birinci yerə çıxmış komanda InMerge Innovation Summit
üçün də iştirak hüququ əldə edib. Komanda Ali Məktəbin İnformasiya
təhlükəsizliyi ixtisasının IV kurs tələbələri Nadir İsgəndərov, İsmayıl
Məmmədzadə, Əli Məhərrəmli, Kompüter mühəndisliyi ixtisasının III kurs
tələbəsi Kəvsər Hüseynovadır.
Onlar iştirakçılara verilən 3 tapşırıqdan biri olan “Oflayn QR, NFC və s.
istifadə edərək yerli ödənişləri təkmilləşdirmə” probleminə həll yolu təklif
ediblər. Təklif isə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Dia-az.İnfo

Geri qayıt