Əsas Səhifə > Güney Press > Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib


2-07-2024, 10:44
Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib
Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib. Bu barədə Dia-az.İnfo-ya MN-dən xəbər verilib.



Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Geri qayıt