Əsas Səhifə > Güney Press > 4 qadına məxsus lizinq şirkətinə maya qoyulur

4 qadına məxsus lizinq şirkətinə maya qoyulur


2-07-2024, 10:04
4 qadına məxsus lizinq şirkətinə maya qoyulur
“Level Leasing” ASC yeni səhmlər buraxacaq.

FED.az bu barədə lombard şirkətinin emissiya prospekti və ya informasiya memorandumu e-sənədinə istinad edir.

Sənəddə qeyd edilir ki, səhmlərin hər birinin nominal dəyəri 50 qəpik olan olan 100 min ədəd adi, sənədsiz, adlı səhmlərdir.

Yerləşdirmə uğurla yekunlaşarsa "Level Leasing" ASC-nin nizamnamə kapitalı 1 milyon manatdan 1 milyon 50 min manata çatacaq.

Anderrayter qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətlərini göstərən "Assist Finance İnvestisiya Şirkəti" QSC investisiya şirkətidir.

Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır. Lombard şirkətinin 4 səhmdarı var Qarayeva Mənzər İsrail qızı (52%), Rzayeva Elmira Xəlil qızı (10%), Quliyeva Solmaz Hüseyn qızı (19%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (19%).

Geri qayıt