Əsas Səhifə > Güney Press, Üst manşet > “Bank of Baku” hər addımda problemə çevrilir...

“Bank of Baku” hər addımda problemə çevrilir...


2-07-2024, 08:41
“Bank of Baku” hər addımda problemə çevrilir...
"Şikayətim "Bank of Baku"danır... Daha doğrusu, onların əlaqə mərkəzinin kömək etməməsindən..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nəriman Abbasov adlı istifadəçi giley edir.

“Bank of Baku” hər addımda problemə çevrilir...

Narazı vətəndaş daha sonra qeyd edir:
"Deməli ayın 28-i "Azərbaycan Dəmir Yolları"nda "Google Pay" vasitəsilə ödəniş etmişəm, ayın 29-u sistem 1 AZN silməli idi, lakin balans ola ola imtina gəldi. "Dost Bank"da ümumiyyətlə bu tranzaksiya yoxdur. "Google Wallet"də imtina gəlib və mən daha ADY-da ödəniş edə bilmirəm, çünki "Black list"ə saliblar məni... ADY-nin...

“Bank of Baku” hər addımda problemə çevrilir...

Mənim 29 iyun tarixində müraciətimdən sonra bank zəng edib məni şərləyib ki, özün tədbiqdə limit təyin etmisən. Məcburən "skrin" edib onlara "WhatsApp"la göndərdim ki, təyin etməmişəm və onların əlaqə mərkəzinin təmsilçisi Elvin söz verib ki, həll olunacaq və yenə də sıfır... Sonra mesaj gəlib ki, icraçı Bahar Rəhimova.

Bir sözlə 3 əməkdaş neçə gündür problemi həll edə bilmirlər və mən ADY-dən istifadə edə bilmirəm..."

Geri qayıt