Əsas Səhifə > Güney Press, Ana xəbərlər > DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ...

DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ...


2-07-2024, 08:22
DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ...
Azərbaycan polisi...

Bu gün təkcə yollarda, gündəlik həyatımızda asayişi qorumur... Həm də bir əsgər kimi Vətənimizin azadlığı, müdafiəsi uğruna canını fəda etməkdədir...

Məhz polisimizin sıralarından yüzlərlə şəhidimiz, qazilərimiz var...

Onlar hər birimizin güvən yerinə çevrilməklə yanaşı həm də ümumi evimiz olan Azərbaycanın SARSILMAZ BEL SÜTUNU ünvanını da layiqincə daşımaqda, fəaliyyətlərinin hər addımında haqq etməkdədirlər.

Onların sayəsində vətəndaş özünü güvəndə hiss edir, onların da iştirakı ilə dövlət qüdrətlənir...

Polis sistemi güclü olan ölkələr ona görə güclü olur ki, polis bir ölkə üçün canlı orqanizmdəki ONURĞA funksiyasını daşımaqdadır...

Hər zaman BELİMİZ məhz polisimizin timsalında DİK OLSUN, ƏYİLMƏSİN, SARSILMASIN!!!

Nə yaxşı ki varsınız... Gününüz mübarək... Uca Tanrımız Sizləri qorusun! Hörmətlə, Məhəmməd ƏRSOY, Dia-az.İnfo-nun sahibi...

Hörmətlə, Məhəmməd ƏRSOY
Dia-az.İnfo-nun sahibi

Geri qayıt