Əsas Səhifə > Güney Press > Partiya sədrindən SƏRT SÖZLƏR:

Partiya sədrindən SƏRT SÖZLƏR:


1-07-2024, 18:11
Partiya sədrindən SƏRT SÖZLƏR:
“Bəzi deputatları heç seçildiyi dairəsində tanıyan yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın verilməsinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayevin sözlərinə görə, deputatlardan çoxu özünü doğrultmayıb.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar verilib. İnsanları maraqlandıran əsas məsələ parlamentin tərkibini nə qədər dəyişəcəyidir”, – deyə o bildirib.

Gələcək parlamentin tərkibi barədə danışan partiya sədri qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı proqnoz vermək çətindir:

“Parlamentdəki deputatlardan böyük hissəsi özünü parlamentari kimi doğrultmayıb. Ona görə də, belə suallar ortaya çıxır. Bəzi deputatları heç seçildiyi dairəsində tanıyan yoxdur. İstərdim ki, seçildiyi dairəni, xalqı təmsil edə biləcək adamlar parlamentdə təmsil olunsun. Bu isə hakim partiya və partiyalardan asılıdır. Ancaq əvvəlcədən proqnoz vermək mümkün deyil”.

Geri qayıt